• İstiqlaliyyət küç., 27

  • +994 50 999 1991

  • qerbbilikakademiyasi@wu.edu.az

QƏRB BİLİK AKADEMİYASI

Qərb Universiteti nəzdində fəaliyyət göstərən Qərb Bilik Akademiyası 9, 10, 11-ci sinif şagirdlərini və ötən illərin məzunlarını ali məktəbə qəbul imtahanlarına hazırlıq kurslarına və doğru ixtisas seçimi təlimlərinə dəvət edir.

9, 10, 11-ci sinif şagirdlərinin Qərb Universitetində hazırlıq kursu keçmələrini şərtləndirən 5 əsas səbəb:

1. Universitetin peşəkar müəllimləri TQDK ekspertləri kimi imtahan müsabiqələrində iştirak təcrübəsinə malik olmaqla yanaşı məktəblilərə və tələbələrə fənlər üzrə biliklərin dərindən mənimsənilməsinə kömək edir və onları imtahan prosesinə uğurla hazırlayırlar.

2. Qəbul imtahanına və müsabiqələrə hazırlıq yalnız fənlər üzrə bilik səviyyəsinin artırılması deyil, həmçinin Universitet daxilində tələbə elmi tədqiqat işinin aparılması və tələbəçilik həyatının qurulması istiqamətində real addımdır

3. Tələbə mühitinə qısamüddətli uyğunlaşma. Ali təhsil sisteminə uyğun Universitet auditoriyalarında dərslərin aparılması, əlavə biliklərin mənimsənilməsi, Universitet tədbirlərində iştirak dinləyicilərə özlərini tələbə kimi hiss etməyə və çətin olan məktəb-universitet keçidinə uyğunlaşmağa şərait yaradır

4. İxtisasın mütəxəssis köməyi ilə düzgün seçilməsi və bununla uğurlu karyeranın təməlinin qoyulması. Universitet müəllimləri ilə qeyri-formal ünsiyyət dinləyicilərə fakültə və kafedralar, təlim sahələri, hazırlıq və ixtisas istiqamətləri barədə daha çox məlumat əldə etməyə, təhsilin xüsusiyyətləri və gələcək iş, məşğulluq perspektivləri ilə tanış olmağa şərait yaradacaq ki, bu da gələcəkdə konkret ixtisas seçməyə və məyusluğun qarşısının alınmasına xidmət edəcəkdir.

5. Hazırlıq kursları bilik səviyyəsini artırır və vaxtı idarəetmə (time- menecment) bacarığı formalaşdırır. Birinci kurs tələbələri arasında aparılan sosioloji sorğular göstərir ki, ali məktəbədər hazırlıq kursları onlara təkcə Universitetə qəbul olmağa deyil, eyni zamanda birinci kursda müvəffəqiyyətlə təhsil almağa təkan vermiş olur. Ali məktəbəqədər hazırlıq kurslarında iştirak edən abituriyentlər universitetə qəbul olduqdan sonra digər tələbələrdən bilik və bacarıqları baxımından fərqlənirlər. Belə ki, bu tələbələr xüsusi termin və anlayışları mükəmməl qavraya bilir və mühazirə qeydlərinin aparılmasında çətinlik çəkmirlər.

Aşağıdakı əlaqə vasitələri ilə  daha ətraflı məlumat əldə edə bilərsiniz:

Telefon: 012 497 01 14

Mobil: 050 999 19 91

e-mail: qerbbilikakademiyasi@wu.edu.az